İslam Oyunlarına geri sayımına başlanıldı

İslam Oyunlarına geri sayımına başlanıldı

Mayın 12-də IV İslam Həmrəylik Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Dənizkənarı Milli Parkda  tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə milli idman növü olan zorxana nümayiş etdirilib. Qeyd edək ki, zorxana milli idman növünün IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.

Sonra yarışın başlanması ilə bağlı geriyə sayıma start verilib və lazer effektləri ilə “Alov şou”su təqdim olunub. Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun "Karvan" simfonik muğamının müşayiəti ilə Oyunların proqramına daxil olan idman növləri təqdim edilib.

Qeyd edək ki, IV İslam Həmrəylik Oyunları gələn il mayın 12–dən 22-dək Bakıda keçiriləcək.   Paytaxtın 16  yarış məkanında 5 minədək atlet birincilik uğrunda mübarizə aparacaq.

0
9