Serdar Ortaçdan xanımına jest

Serdar Ortaçdan xanımına jest

"Rengli Sayfalar" proqramında qonaq olan türkiyəli müğənni Serdar Ortaç xanımına jest edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni xanımına sərbəstlik verdiyini etiraf edib:

"Həyat yoldaşımı öz yerimdə təsəvvür edirəm. 23 yaşında olsaydım, həyatımı istədiyim kimi yaşamaq istərdim. Həmin yaşda biri yanıma yaxınlaşsaydı, baxmazdım belə, dünya mənim idi o zamanlar. O da yaşasın. "Ərim mənə bunları etməyimə icazə vermədi" deməsin. Yaxın dostlarım belə, "nə cür adamsan, bu qədər geniş ürəkli olmaq olarmı?" deyirlər. Mən xanımımı çox sevirəm, onun da məni sevdiyini düşünürəm".

0
16