SOCAR Beynəlxalq Bankdan 200 milyon manat cəlb edəcək

SOCAR Beynəlxalq Bankdan 200 milyon manat cəlb edəcək

Şirkətin vitse-prezidenti açıqlama verib.

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun rekonstruksiyası üçün Azərbaycan Beynəlxalq Bankından 60 milyon dollar cəlb edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Vitse-prezidentin sözlərinə görə, bu il ərzində SOCAR bankdan növbəti 200 milyon manatlıq tranş cəlb edəcək.

“Bundan öncə cəlb olunan 200 milyon dollarlıq tranş müvafiq qaydada istifadə olunur. Bu vəsait istifadə olunandan sonra digər tranş ətrafında danışıqlar aparılacaq”, - deyə S. Qasımov bildirib.

0
28