Türkiyə İranda 10 otel tikəcək

Türkiyə İranda 10 otel tikəcək

Iran və Türkiyə arasında turizm sahəsində  sənəd imzalanıb. APA-nın Tehran bürosunun məlumatına görə,  İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri və prezidentin müavini Məsud Sultanifər və Türkiyənin  mədəniyyət və turizm naziri Mahir Onal ilə  görüşüb.

Tərəflər turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdən sonra M. Sultanifər deyib ki, İran Türkiyə ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. “İki ölkə arasında turizm sahəsində sənədin imzalandığı gün iki ölkənin əlaqələrində  tarixi bir gün kimi yadda qalacaq. İki ölkə tərəfindən təşkil olunmuş müştərək komitələr  davamlı iclaslar keçirməli və imzalanan sənədin icrasına çalışmalıdırlar.  Biz Avropanın turizm sənayesində nüfuzlu  ölkələrlə müzakirələr aparmışıq, lakin istəyirik ki, dost və qonşu olan Türkiyə üçün turizmin inkişafına dair yaxşı imkanlar yaradaq”.

M.Sultanifər deyib ki, hər iki ölkənin prezidentlərinin iradəsi turizm sahəsində sərmayə yatırılmasındadır: “İran Türkiyə investorlarına 10 hotelin tikintisi üçün lazımi icazəni verəcək. Hər iki ölkənin turistlərinin gediş-gəlişi üçün nəqliyyat məsələsi sahəsində yaxşı razılaşmalarımız olub”.

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onal, öz növbəsində, İranın turizm sahəsində geniş potensiala malik olduğunu vurğulayıb və turizm sənayesinin inkişafı sahəsində geniş  müzakirələr və razılıqların əldə olunduğunu deyib: “Ümid edirəm  iki ölkənin turizm sahəsi daha da inkişaf edəcək”.

0
18