Qonşunun qızılını oğurlayıb, hində gizlətdi - VİDEO

Qonşunun qızılını oğurlayıb, hində gizlətdi - VİDEO

Rafiq dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hövsanda qonşusunun evindən oğurluq etməkdə şühəli bilinən 21 yaşlı Rafiq Rzayev Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. 

Oxu.Az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, “Qum adası” yaşayış massivində yaşayan Emin Bünyatovun şikayəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qonşu Rafiqi də dindiriblər. O, dindirmə zamanı törətdiyi əməli etiraf edib. 

Rafiq Rzayev qonşusunun evindən qızıl-zinət əşyalarını oğurladığını bildirib. O, oğurladığı əşyaları gizlətmək üçün az adamın ağlına gələ biləcək yeri - toyuq hinini seçib. 

Rafiq Rzayev yaşadığı yaşayış massivində daha bir neçə qonşunun da evindən oğurluq etdiyini etiraf edib. O, həmin evlərdən pul və tikintidə istifadə olunan avadanlıqları götürüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

0
17