Braziliyida müvəqqəti prezident təyin olunub

Braziliyida müvəqqəti prezident təyin olunub

Russef ölkədə çevriliş baş verdiyini bildirib.

Dilma Russeffin məhkəmə prosesi başa çatanadək Mişel Temer Braziliyada prezident vəzifəsini icra edəcək, Oxu.Az Reuters-ə istinadən xəbər verir.

Prezident səlahiyyətlərini icra etməyə başlamazdan əvvəl Mişel Temer Dilma Russefin dövlət başçısı vəzifəsindən kənarlaşdırılması barədə rəsmi bildiriş imzalayıb. Mərasim Braziliyanın Globo telekanalı vasitəsi ilə canlı yayımlanıb.

Russef isə öz növbəsində ölkədə çevriliş baş verdiyini bildirib.

Qeyd edək ki, Dilma Russef hakimiyyətdən kənarlaşdırıldıqdan sonra hökumətin buraxılması barədə qərar verib. Buna səbəb Braziliya Senatının dövlət başçısının müvəqqəti vəzifədən kənarlaşdırılmasına dair səs verməsi olub.   

0
20