Braziliyada prezident devrildi

Braziliyada prezident devrildi

Braziliyada prezident vəzifəsini icra edən Mişel Temer rəsmi olaraq  ölkəyə rəhbərlik etməyə başlayıb.

APA-nın “Globo”ya istinadən verdiyi xəbərə görə, prezident səlahiyyətlərini icra etməyə başlamazdan əvvəl Mişel Temer Dilma Russefin dövlət başçısı vəzifəsindən kənarlaşdırılması barədə rəsmi bildiriş imzalayıb.

Qeyd edək ki, Dilma Russef hakimiyyətdən kənarlaşdırıldıqdan sonra  hökumətin buraxılması barədə qərar verib. Buna səbəb Braziliya Senatının dövlət başçısının müvəqqəti vəzifədən kənarlaşdırılmasına dair səs verməsi olub.  

İstefaya həmçinin  prezident administrasiyasının rəhbəri Luis İnasiu Lula da Silva göndərilib.

Nazirlər Kabinetinin  yeni tərkibinin Mişel Temer tərəfindən formalaşdırılacağı gözlənilir.  

Russef  “Petrobras” neft-qaz şirkətinin korrupsiya cinayətləri ilə əlaqəsi olmaqda şübhəli bilinir.

Prezident ona qarşı təşkil olunan impiçment prosesində dövlət çevrilişinin əlamətlərinin olduğunu bəyan edib.

0
12