İran neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırıb

İran neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırıb

Aprel ayında İran neftinin ən iri idxalçısı Çin olub.

İran neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırıb. 

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. 

Məlumatlara əsasən, aprel ayında İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bu 2011-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 milyon barrelə çatıb.

Aprel ayında İran neftinin ən iri idxalçısı Çin olub (800 min barel).

0
11