Poroşenko sabiq naziri baş prokuror təyin etdi

Poroşenko sabiq naziri baş prokuror təyin etdi

Ukrayna prezidenti Pyotr Poroşenko  sabiq daxili işlər naziri Yuri Lutsenkonu  ölkənin baş prokuroru vəzifəsinə təyin olması barədə fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Ali Rada Lutsenkonun baş prokuror vəzifəsinə namizədliyini dəstəkləyib.  

Qeyd edək ki, 2005-2010-cu illərdə iki dəfə Ukraynanın  daxili işlər naziri vəzifəsində çalışıb. 2010-cu ildə o böyük məbləğdə dövlət vəsaitlərini israf etməkdə təqsirləndirilərək həbs olunub.

İki il davam edən istintaqdan sonra Lutsenko təqsirli bilinərək şəxsi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin aprelində Lutsenko prezidentin fərmanı ilə əfv olunub.  

0
16