Məktəbli mayyaların “itmiş şəhəri”nin əvəzinə, çətənə sahəsi tapıb

Məktəbli mayyaların “itmiş şəhəri”nin əvəzinə, çətənə sahəsi tapıb

Daha öncə alimlər Qadurinin nəzəriyyəsini elmi hesab etmişdilər.

Kanada Kosmik Agentliyinin fikrincə, izlərini 15 yaşlı məktəblinin aşkar etdiyi qədim mayya “şəhər”i çətənə sahəsidir.  

Oxu.Az “Wired”a istinadən xəbər verir ki, San-Dieqodakı Kaliforniya Universitetindən arxeoloq Ceffri Brasvell bu nəticəyə gəlib.

Brasvell davamlı olaraq öz tələbələri və aspirantları ilə Yukatan cəngəlliklərinin həmin sahəsində işləyir. Daha öncə Uilyam Qadurinin nəziyyəsini elmi hesab edən həmkarları da alimlə razılaşıblar.

Qaduri şəhəri ulduz xəritələrini iri məskənlərin xəritələri ilə tutuşduraraq aşkar etdiyini bildirmişdi. Məktəbli qədim şəhərlərin yerləşməsini ulduz səmasının xəritəsi ilə tutuşdurmağa cəhd edib, beləliklə də məskənin mövcudluğuna dair nəticəyə gəlib.

Alimin nəticələrini Kanada Kosmik Agentliyinin mütəxəssisləri entuziazm ilə qarşılayıblar. Məktəbli, alimlər qarşısında çıxış edərək öz nəzəriyyəsindən danışıb. O zaman Kanada mütəxəssisləri Qadurinin nəticələrini yoxlamaq üçün Yukatana cəngəlliklərinə ekspedisiyanın təşkilinin mütləq olduğunu bəyan etmişdilər.

0
10