İran neft hasilatını sanksiya qədərki səviyyəyə çatdırdı

İran neft hasilatını sanksiya qədərki səviyyəyə çatdırdı

Bakı-APA.  İranda neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb. APA-nın   “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 mln barelə çatıb.

İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.

0
16