Davudoğlu: Türkiyə Can Azərbaycanın yanındadır

Davudoğlu: Türkiyə Can Azərbaycanın yanındadır

“Bütün dünya bunu bilməlidir”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiklərini bəyan edib.  

Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. 

“Bütün dünya bunu bilməlidir ki, Türkiyə Ermənistan hücumlarına qarşı Can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək”, - Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik qrup toplantısında çıxışı zamanı deyib.

0
16