Poroşenko yeni Baş prokuror təyin etdi

Poroşenko yeni Baş prokuror təyin etdi

Ukrayna prezidenti fərman imzalayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq Daxili İşlər naziri Yuri Luçenkonun ölkənin Baş prokuroru vəzifəsinə təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq fərman Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.

Bundan əvvəl Rada Luçenkonun Ukrayna Baş prokuroru vəzifəsinə namizədliyini dəstəkləyib.

Qeyd olunur ki, Yuri Luçenko 2005-2010-cu illər ərzində iki dəfə Ukrayna DİN rəhbəri vəzifəsində çalışıb. 2010-cu ilin dekabr ayında o, dövlət vəsaitlərinin külli miqdarda 

mənimsəməkdə ittiham olunaraq həbs edilib. 2013-cü ilin aprel ayında Luçenko Ukrayna prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

0
10