Rusiya XİN Azərbaycana silah satışını şərh etdi

Rusiya XİN Azərbaycana silah satışını şərh etdi

“Hansısa nüanslar axtarmaq lazım deyil”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəyan edib ki, Azərbaycana silah tədarükündə başqa nüanslar axtarmaq lazım deyil; Rusiya digər ölkələrlə də aydın beynəlxalq-hüquqi əsasa malik hərbi-texniki əməkdaşlıq aparır, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir. 

“Hansısa nüansları tutmaq, sözlərdə ikili yaxud üçqat məna axtarmaq lazım deyil. Siz bilirsiniz ki, Rusiya hərbi-texniki əməkdaşlığı aydın beynəlxalq-hüquqi əsasda aparır”, - deyə, Zaxarova Rusiyanın Azərbaycana silah tədarükü barədə sualı cavablandırıb.

“Biz Dağlıq Qarabağdakı vəziyyətin çətinliyini gözəl anlayırıq və biz hansı metodların sözdə deyil, işdə vəziyyətin sakitləşməsinə gətirəcəyini başa düşürük. Bura ilk növbədə siyasi-diplomatik tənzimləmə metodları daxildir”, - deyə, Rusiya XİN rəsmisi vurğulayıb.

0
20