Özəl radio və telekanallara pul ayrıldı

Özəl radio və telekanallara pul ayrıldı

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

0
21