Ərdoğanın qızının toyu kosmosdan qorunacaq

Ərdoğanın qızının toyu kosmosdan qorunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının toyu ilə bağlı təhülkəsizlik tədbriləri gücləndirilir.

Lent.az-ın məlumatına görə, mayın 14-də Sümeyyə Ərdoğan ilə Səlcuq Bayraqdarın toy mərasimin keçiriləcəyi Yəhya Kamal Bəyatlı Mərkəzində ciddi təhlükəsizlik tədbirləri görülür.

İstanbul Böyükşəhər və Küçükçəkməcə Bələdiyyələrin əməkdaşları tərəfindən mərkəzin ətrafına təmizlik və çiçək sulanması prosesi aparılır.

Prezidentin cangüdənləri tərəfindən də ciddi mühafizə tədbirləri görülür. Hətta təhlükəsizlik tədbirləri arasında mərkəzin kosmosdan çəkilən təsviri nəzərdə tutulur. Onun əsasında mühafizə planı hazırlanıb. Onu da qeyd edək ki, kosmosdan bu cür mühafizə üsulu hər zaman tətbiq edilmir. Türkiyədə bu çoxları üçün yenilik olacaq.

0
49