Nazir: Ailələrimiz şəhid verib, konsert olmayacaq

Nazir: Ailələrimiz şəhid verib, konsert olmayacaq

“Başa düşürük ki, aprel ayının əvvəllərində cəbhədə nə olub”.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə əlaqədar bu gün keçiriləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) baş icraçı direktoru Azad Rəhimov deyib. Nazir xatırladıb ki, aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş verən döyüşlərdə hərbçilərimiz şəhid olub.

“Başa düşürük ki, aprel ayının əvvəllərində cəbhədə nə olub. Ailələrimiz şəhid verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq” - deyə, nazir qeyd edib. 

0
16