Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq

Su xətləri yenilənir.

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir. 

Bu barədə Oxu.Az-a “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, bununla əlaqədar mayın 13-də  saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar mayın 13-də    09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

0
18