Qaradağ DYP rəisi və əməkdaşları işdən çıxarıldılar

Qaradağ DYP rəisi və əməkdaşları işdən çıxarıldılar

Onlar xidmətlərində yol verdikləri nöqsanlara görə cəzalandırılıblar.

Azərbaycanda 7 yol polisi əməkdaşı cəzalandırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a bildirib ki, onlardan 4 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunub, 2 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə intizam tənbehi ilə cəzalandırılıb.

Vəzifəsindən azad olunan şəxslərin arasında  Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Sahib Hümbətov və onun müavinin də adları var.  

Həmin şəxslər xidmətlərində yol verdikləri nöqsanlara görə cəzalandırılıblar.

0
110