“Nar” media nümayəndələri üçün təlim təşkil etdi

“Nar” media nümayəndələri üçün təlim təşkil etdi

Təlim iştirakçıları sertifikatlarla təltif olundular.

May ayının 12-də “Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil etdi. Təlimə qatılan jurnalistlər, bloqqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları haqqında nəzəri və təcrübi biliklər əldə etdilər.

“Mobil Rabitənin Əsasları” təlimi “Nar”ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirildi. Təlim zamanı media nümayəndələrinə yüksəkkeyfiyyətli “Nar” şəbəkəsi haqqında məlumat verilməklə yanaşı, baza stansiyaları ilə də əyani surətdə tanış olmaq fürsəti təqdim edildi.

Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini nümayiş etdirdilər. Yeni 4G avadanlıqlarının iş prinsipi təlim iştirakçılarının böyük marağına səbəb oldu. İştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilməklə yanaşı “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqqında məlumat təqdim edildi.

Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməsi vurğulandı. Sonda, təlim iştirakçıları “Mobil Rabitənin Əsasları” təlimində uğurla iştirak etdikləri barədə sertifikatlarla təltif olundular.

0
10