Mahmud Höccəti Bakıya gəlir

Mahmud Höccəti Bakıya gəlir

İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin və İranın aqrar sahə üzrə özəl sektorunu təmsil edən bir qrup iş adamının 15-17 may tarixlərində Azərbaycana səfəri nəzərdə tutulub.

Bu barədə Oxu.Az-a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib. 

Məlumata əsasən, səfər çərçivəsində qonaq Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyini ziyarət edəcək.

İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində geniş tərkibdə görüşü, ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirə olunması,  həmçinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda səfər çərçivəsində İran İslam Respublikasının Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən iş adamlarının iştirakı ilə birgə Biznes Forumu keçiriləcək və Kənd Təsərrüfatı Nazirliyində işçi qrupu səviyyəsində müzakirələr aparılacaq. 

Həmçinin nümayəndə heyətinin digər nazirlik və qurumlarda da görüşləri nəzərdə tutulub.

0
22