"Barselona"ya ikinci Suares gəlir

"Barselona"ya ikinci Suares gəlir

Mövsümlərarası fasilədə “Barselona”ya qoşulacaq ilk futbolçunun adı müəyyənləşib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu “Vilyarreal”ın yarımmüdafiəçisi Denis Suareslə anlaşıb.

22 yaşlı yarımmüdafiəçi bu ayın sonunda “Barsa”nın düşərgəsinə qatılacaq. O, yeni klubunda ilinə 3 milyon 250 min avro məvacib alacaq.

Əgər qarşıdakı 2 il ərzində “Barselona” Suaresi satmaq fikrinə düşsə, həmin keçiddən “Vilyarreal” da qazanacaq.

Qeyd edək ki, ötən ildən “Vilyarreal”da çıxış edən gənc xavbek əvvəllər “Barselona”nın B komandasında da oynayıb.

0
17