“Mitsubishi” şirkəti “Nissan”nın nəzarətinə keçdi

“Mitsubishi” şirkəti “Nissan”nın nəzarətinə keçdi

“Biz istehlakçının etibarını yenidən qazanmağa yardım edəcəyik”.

“Nissan” şirkəti “Mitsubishi Motors”un səhmlərinin 34%-ni alacaq.

Oxu.Az “Financial Times Finans”a istinadən xəbər verir ki, sövdələşmə barədə iki avtomobil istehsalçısının birgə konfransında elan edilib.

Nəşr qeyd edir ki, sövdələşmə barədə elan, “Mitsubishi”in qalmaqalın öhdəsindən gəlmək üçün vəsaitə ehtiyacının yaranmasından sonra edilib.

Belə ki, “Mitsubishi” aprelin 20-də 600 mindən çox nəqliyyat vasitəsində yanacaq istifadəsinə dair sınaqların yekunlarını saxtalaşdırdığını etiraf edib və bu, şirkətin səhmlərinin 43% ucuzlaşmasına səbəb olub.

Sövdələşmənin məbləği 237,3 milyard ien (2,2 milyard dollar) olub və o, 2016-cı ilin sonuna qədər bağlanacaq. Beləliklə, “Nissan” “Mitsubishi”nin iri səhmdarı olacaq.

“Biz bu şirkətə qarşılaşdığı problemi həll etməyə, əsasən də istehsalçıların yanacaq qənaətinə dair etibarını yenidən qazanmağa yardım edəcəyik”, - mətbuat konfransından “Nissan” və “Renault”un icraçı direktoru Karlos Qon bildirib.  

“Mitsubishi Motors”un idarə heyətinin direktoru Osamu Masuko qeyd edib ki, etibarı yenidən qazanmaq çətin olacaq.

“Nissan” ilə bu məqsədə doğru hərəkət edəcəyik”, - Masuko əmin edib.

0
13