Rusiyada işsizlik üçün vergi tətbiq etmək istəyirlər

Rusiyada işsizlik üçün vergi tətbiq etmək istəyirlər

“Belaruslu həmkarlarımız təcrübələrini bölüşərlər”.

Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi Belarusda olduğu kimi, əməkqabiliyyəti olan, amma rəsmən heç bir yerdə işləməyən şəxslər üçün vergi tətbiqini müzakirə edir.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rusiyanın əmək və sosial inkişaf nazirinin müavini Andrey Pudova istinadən məlumat yayıb.

“Belaruslu həmkarlarımız bəlkə təcrübələrini bizimlə bölüşərlər, onlarda ciddi innovasiyalar olub. Onlar əmək qabiliyyəti yaşında olan, amma sığorta rüsumlarını ödəməyən, əmək fəaliyyətilə məşğul olmayan şəxslərə vergi təyin ediblər. Onlar bu ciddi addımı atıblar. Biz bu mövzunu hələlik müzakirə edirik, onlar isə artıq bu qərarı veriblər”, - o deyib.

Məmurun sözlərinə görə, indi nazirlik inzibati üsullardan istifadə edir, tətbiq edilən qərarların hesabına, keçən il iki milyon, 2016-cı ildə isə artıq 400 min əmək müqaviləsi bağlanıb.

0
13