Ərdoğan: Qara dəniz “rus gölünə” çevrilir

Ərdoğan: Qara dəniz “rus gölünə” çevrilir

“Biz koordinasiyamızı möhkəmləndirməliyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin “rus gölünə” çevrilməsindən gileylənib.

Oxu.Az “Eurasia.net” portalına istinadən xəbər veirr ki, o həmçinin Rusiyaya qarşı durmaq üçün NATO-nu Qara dənizdə fəal iştiraka çağırıb.

Türkiyə lideri bu bəyanatı İstanbulda təhlükəsizlik məsələləri üzrə Balkan konfransında verib.

“Biz, Qara dənizdə koordinasiyamızı və əməkdaşlığımızı gücləndirməliyik. İyulun 8-də Varşavada NATO-nun sammitinin nəticələrinə ümid edirik... Qara dəniz sabitlik dənizinə çevrilməlidir. Mən NATO-nun baş katibinə, onların demək olar ki, Qara dənizdə olmamalarını və bu səbəbdən də dənizin az qala “rus gölünə” çevirildiyini bildirmişəm. Biz Qara dənizə çıxışı olan ölkə kimi öz borcumuzu yerinə yetirməliyik. Əgər tədbir görməsək, tarix bizi bağışlamayacaq”, - Ərdoğan deyib.

Portalın məlumatına görə, türk prezidenti Rumıniyanın özünəməxsus NATO Qara dəniz donanmasını yaratmaq istəyinə eyham vurub. Bu ideya cari ilin aprelində ABŞ tərəfindən dəstək aldıqdan sonra mütəmadi olaraq gündəmə gəlməyə başlayıb.  

0
14