Şəhid polkovnik izdihamla yola salındı – YENİLƏNİB + FOTO

Şəhid polkovnik izdihamla yola salındı – YENİLƏNİB + FOTO

“Qardaşım bu vətən üçün doğuldu”.

Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olunub. 

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, cəbhədə gedən döyüşlərdə həlak olan polkovnik-leytenant, 1972-ci il təvəllüdlü Raquf İbrahim oğlu Orucov və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 1989-cu il təvəllüdlü Murad Vaqif oğlu Məmmədov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

12:52

Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raquf Orucovla vida mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan R.Orucovla vida mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin qardaşı Zabil Orucov onun həyat yolundan danışıb: “Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu”.

R.Orucovun vida mərasiminə gələnlər “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” və digər bu kimi şüarlar səsləndiriblər.

Allah rəhmət eləsin!

0
17