"İslam Həmrəyliyi Oyunlarına 8 min könüllü cəlb olunacaq" - Nazir

"İslam Həmrəyliyi Oyunlarına 8 min könüllü cəlb olunacaq" - Nazir

“IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar heç bir yeni idman arenası inşa olunmayacaq”.

Azad Rəhimovdeyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı 16 idman qurğusundan istifadə olunacaq: “I Avropa Oyunları zamanı istifadə olunmayan “Sərhədçi” kompleksindən, Tennis Akademiyasından, Şüvəlandakı ağır atletika mərkəzindən, “Dalğa “və “Bakcell Arena” stadionlarından IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə olunacaq”. 
 
Nazir qeyd edib ki, oyunlara 8 minə yaxın könüllü cəlb olunacaq. A. Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.

0
14