Rusiyalı müğənni: Səmra, səni dəstəkləyirəm

Rusiyalı müğənni: Səmra, səni dəstəkləyirəm

“Sən ağıllısan”.

“Viaqra” qrupunun solistlərindən olan Anastasiya Kojevnikova İnstagram hesabında “Eurovision 2016”da ölkəmizi təmsil edən Səmra Rəhimli haqqında paylaşım edib. 

Oxu.Az xəbər verir ki, rusiyalı müğənni bunları qeyd edib:

“Sakitcə oturub “Eurovision”a baxırdım. Birdən Səmra qarşıma çıxdı. 4 il əvvəl onunla “X-Factor”da iştirak etmişdik. Birlikdə üçlük formasında mahnı səsləndirmişdik. Amma keçə bilmədik. Bilmirdim ki, o, öz ölkəsini bu il “Eurovision”da təmsil edir. Səmra, sən ağıllısan. Gözəl, sənə azarkeşlik edirəm”.

0
9