Acun İlıcalının verilişi 175 min cərimələndi – VİDEO

Acun İlıcalının verilişi 175 min cərimələndi – VİDEO

“Uşaqlar pul qazanmaq və reytinq xətrinə istismar edilir”.

Hadisənin münsifi olduğu “O ses Çocuklar” proqramı RTÜK (Radio və Televiziya Üst Qurumu) tərəfindən cəzalandırılıb.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acun İlıcalının rəhbəri olduğu TV8 telekanalında yayımlanan yarışmanın “uşaqların fiziki, əqli, əxlaqi inkişafına zərər verə biləcək tərzdə” olduğunu deyən qurum kanalı 175 min TL cərimələyib.

“Bu proqrama qatılan uşaqların hamısı natamam səs inkişafı dövründə olduqları üçün səslərinin pozulmasına səbəb ola biləcək vəziyyətdə yarışırlar. Təhsillərini davam etdirən uşaqlar istirahət etmək yerinə, səhnə məşqləri edirlər. Bu vəziyyət uşaqların təhsilinə laqeyd yanaşmalarına səbəb olur. Bununla bağlı RTÜK-ün şikayət xəttinə çoxlu zənglər daxil olur, “pul qazanmaq və reytinq xətrinə uşaqlar istismar edilir” deyirlər”, - deyə qurumdan bildirilib.

0
22