Məşhurlar 69-cu Kann Festivalının açılış mərasimində – FOTO

Məşhurlar 69-cu Kann Festivalının açılış mərasimində – FOTO

200 min qonağı İŞİD təhlükəsindən qorumaq üçün...

Ötən gün 69-cu Kann Festivalının açılış mərasimi keçirilib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ənənəvi qırmızı xalçada Bianca Balti, Doutzen Kroes, Bella Hadid, Blake Lively, Justin Timberlake, Anna Kendrick və digər məşhurlar görünüblər.

Festivalın açılışı Woody Allenin “Café Society” filmi ilə baş tutub. Aparıcı Fransanın məşhur komediya aktyoru Laurent Lafitte olub.

22 maya qədər davam edəcək festivalın müsabiqə hissəsində 20 film yarışacaq.

200 min qonağı İŞİD təhlükəsindən qorumaq üçün festivalın baş tutduğu məkana 500 təhlükəsizlik kamerası quraşdırılıb, 200-dən çox polis əməkdaşları cəlb edilib. 

0
30