Rusiyada narkotik satan azərbaycanlı saxlanıldı

Rusiyada narkotik satan azərbaycanlı saxlanıldı

Cinayətkar müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Neftyuqansk-Surqut avtomobil yolunda Federal narkotiklərin dövriyyəsinə nəzarət xidmətinin əməkdaşları xarici vətəndaşın maşınını saxlayıblar.  

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, əslən Azərbaycandan olan kişi Neftyuqanska həşiş aparırdı.

Ümumi çəkisi 2 kq 829 qr olan dörd bağlama müsadirə edilib.

İstintaq kişinin Yuqraya işə düzəlmək məqsədi ilə gəldiyini müəyyənləşdirib.

O, həşişi Neftyuqanska satmaq üçün gətirib. Cinayətkar saxlanılıb və müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

0
12