Fransız qız “Periscope”də canlı bağlantıda intihar etdi

Fransız qız “Periscope”də canlı bağlantıda intihar etdi

Daimi istifadəçilər qızı ciddiyə almayıblar.

Arpajon şəhərində 19 yaşlı qız “Periscope”də onlayn-strim zamanı özünü qatarın altına atıb. 

Oxu.Az “Life”a istinadən xəbər verir ki, dəhşətli hadisə mayın 10-da baş verib.

“The New York Times” yazdığına görə, ölümündən öncə qız yaxın qohumlarından birinə intihar niyyəti barədə SMS göndərib.

Yerli prokuror Erik Lallemen iddia edir ki, yeniyetmə “Periscope” proqramını internet istifadəçilərinə intiharının səbəbi barədə danışmaq üçün istifadə edib.

Təəssüf ki, onlayn-strimin daimi istifadəçiləri qızı ciddiyə almayıblar.

Şərhlərdə insanlar:

“Mənə elə gəlir ki, bu əyləncəli olacaq” və ya “Biz buna hər zaman baxmağa hazırıq” və s. kimi xoşagəlməz sözlər yazıblar.

Polisin istintaq şöbəsi hadisənin araşdırılması ilə artıq məşğul olur.

0
21