Sandra Ballak ərə gedir – FOTO

Sandra Ballak ərə gedir – FOTO

“Sandra ona aşiq olub və düşünür ki, Brayan onun uşaqları üçün gözəl ata olacaq”.

Aktrisa Sandra Ballak sevgilisi Brayan Rendolla ailə qurmağa hazırlaşır.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, cütlük Sandranın doğum günündə - iyulun 26-da evlənəcək.

“Sandra Brayanı dəlicəsinə sevir və onunla bu yay ailə qurmaq istəyir”,- aktrisanın ailəsinə yaxın olan mənbədən bildirilib.

Qeyd edək ki, Brayan Portlendəndir, Sandra ilə keçən il bir yerdə yaşamağa başlayıblar. Onlar indi ailə kimi yaşayırlar, aktirsanın övladlığa götürdüyü altı yaşlı oğlu Luisi və üç yaşlı qızı Leylanı tərbiyə edirlər.

Sandra və Brayan 2015-ci ilin yanvarında tanış olublar. Ballak Rendollu fotoqraf kimi oğlunun ad gününə çağırıb.

“Sandra ona aşiq olub və düşünür ki, Brayan onun uşaqları üçün gözəl ata olacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, aktrisanın keçmiş əri Cessi Ceyms ona xəyanət edib, boşanmağa da səbəb elə bu olub. 

Aytən Sadıqzadə

0
47