Əri erməni olan “Eurovision” münsifi: "Favorit Azərbaycan nümayəndəsidir"

Əri erməni olan “Eurovision” münsifi: "Favorit Azərbaycan nümayəndəsidir"

"Ərimin erməni olması o demək deyil ki, mən ermənilərə həmişə azarkeşlik edirəm".

Lent.az Kanal S-ə istinadən xəbər verir ki, "Eurovision" mahnı yarışının qaydalarını pozaraq, tərəf nümayiş etdirən münsiflər heyətinin Rusiyadan olan nümayəndəsi Anastasiya Stotskaya öz səhvindən danışıb. O, Region TV-nin "Günün ardınca" verilişinə açıqlamasında bunları zarafat zamanı dediyini bildirib:

"Bunlar hamısı  qeyri-rəsmi söhbət zamanı olub. Biz öz aramızda zarafat edirdik. Və mən bu sözü ona görə işlətmədim  ki, mənim ərim ermənidir. Ona görə dedim ki, həmin iştirakçı yarışın favoritlərindən biridir. Amma sözün düzü, mənim üçün ən böyük favorit Azərbaycanın nümayəndəsidir. Ümumiyyətlə, kim mənim xoşuma gəlirsə, mən ona azarkeşlik edirəm. Yəni, Azərbaycan, Ermənistan və Avstriya təmsilçilərinə azarkeşlik edirəm. Və əlbəttə ki, Seryojanı da dəstəkləyirəm. Çünki bizim ölkəni təmsil edir. Mən ona daha çox azarkeşlik edirəm. Avropa Yayım Birliyi  mənim bu açıqlamamı normal qəbul edib. İnsanların sakitləşməsi və mənə təzyiq göstərilməməsi üçün məni münsiflər heyyətindən kənarlaşdıra bilərdilər. Lakin təəsüflər olsun ki, insanlar hələ də sakitləşməyiblər. Ümid edirəm ki, onlar  bir-iki günə sakitləşərlər. Mən bunun üzərindən heç bir təbliğat da aparmıram və heç bu mənə lazım da deyil. Bu məsələ ilə bağlı olan bütün söz-söhbətin bitməsini istəyirəm. İlk olaraq, o müğənni mənim xoşuma gəldi. Əlavə olaraq mən dedim ki, mənim ərim də ermənidir. Ancaq ərimin erməni olması o demək deyil ki, mən ermənilərə həmişə azarkeşlik edirəm. Mən obyektiv insanam. Siyasətdən uzağam və bu məsələlərdən anlayışım yoxdur. Mənim üçün sadəcə musiqi, istedadlı insanlar və sevgi var. Mənim həyatımı bunlar idarə edir. İnsanların mənə təzyiq göstərməsi mənin  əlimdən olanları ala bilməz. Mən ümid edirəm ki, bu söz-söhbətə tezliklə son qoyulacaq".

Qeyd edək ki, rusiyalı münsif Anastasiya Stotskaya "Periscope" səhifəsində Avropa Yayım Birliyinin qaydalarını pozub. Rusiyalı münsif  Ermənistan təmsilçisi İvetı Mukuçyanın çıxışı zamanı: "Mənim ərim erməni olduğun üçün mən Ermənistana səs verəcəm", - deyib.

Xatırladaq ki, müsabiqədə Rusiya münsiflərindən olan Anastasiya Stotskaya “Periscope” səhifəsində Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuşdu. Rusiyalı münsif səhvən canlı yayım edərkən səs verdiyi siyahını göstərmişdi. Siyahıda münsifin Niderland iştirakçısına yüksək bal verdiyi ortaya çıxmışdı.

Bununla bağlı münsifə protokol tərtib edilib, səsləri ləğv edilib. Rusiya KİV-ləri isə A.Stotskayanın müsabiqədən qovulduğunu yazıblar.

0
22