Bu gün “Eurovision”nın 2-ci yarımfinalıdır

Bu gün “Eurovision”nın 2-ci yarımfinalıdır

Səmra final mərhələsinin birinci hissəsində ölkəmizi təmsil edəcək.

Bu gün Stokholmda “Eurovision 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

Oxu.Az xəbər verir ki, saat 23.00-da İctimai TV- də canlı yayımlanacaq müsabiqədə Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Xatırladaq ki, mayın 10-da keçirilmiş birinci yarımfinal zamanı Azərbaycan təmsilçisi Səmra Rəhimli final mərhələsinə adlayıb. O, mayın 14-də, müsabiqənin final mərhələsinin birinci hissəsində ölkəmizi təmsil edəcək.

0
20