Ankara Avropa İttifaqı ilə razılıq əldə olunacağına ümidlərini itirir

Ankara Avropa İttifaqı ilə razılıq əldə olunacağına ümidlərini itirir

“Türkiyə müqavilənin bağlanması üçün yetərincə iş görüb”.

Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejimə ümid getdikcə daha da azalır.

Oxu.Az xəbər verir ki, bu barədə BBC-yə verdiyi müsahibədə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır bildirib.

Strasburqda avropalı həmkarları ilə görüşlərinin nəticələrinə görə, nazir bu məsələ üzrə danışıqların həlledici mərhələyə gəlib çatdığını bildirib.

Bozkırın fikrincə, Türkiyə vizasız rejim barədə müqavilənin bağlanması üçün yetərincə iş görüb.

Amma Avropa İttifaqı Türkiyənin terrorizm anlayışını məhdudlaşdıraraq terror əleyhinə qanunvericiliyinə düzəlişlərin etməsinə təkid edir.

Bozkır Türkiyənin buna getməyəcəyini bildirib.

Vizasız turizm rejimi barədə qərar Avropada miqrasiya böhranının həllinə istiqamətlənmiş Türkiyə və Aİ arasında bağlanmış müqavilənin bir hissəsidir. Tərəflər bu məsələni iyuna qədər həll etməlidirlər, hər keçən gün isə buna ehtimal azalır.

Mart sazişinə görə, vizasız rejimin tətbiqi barədə müsbət qərarın verilməsi üçün, Türkiyə Avropa İttifaqı tərəfindən irəli sürülmüş 72 tələbi yerinə yetirməlidir.  

0
7