Bakıda barda dava düşdü

Bakıda barda dava düşdü

Xəsarət alanlar var.

Bakıda barda dava olub.

Oxu.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Puşkin küçəsi 2 ünvanında yerləşən barda qeydə alınıb. 

Barın işçiləri ilə müştərilər arasında düşən mübahisə sonunda davaya səbəb olub. Nəticədə barın işçiləri müştərilərdən biri, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Vəzir oğlu Qəhrəmanovu döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

0
23