“Microsoft” Azərbaycan üçün xüsusi yenilənmə buraxdı

“Microsoft” Azərbaycan üçün xüsusi yenilənmə buraxdı

Yaranmış uyğunsuzluq aradan qaldırılacaq.

Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı “Microsoft” “Windows” əməliyyat sistemini yeniləyib.

Oxu.Az ictnews.az-a istinadən xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. 

Yay vaxtına keçid ləğv olunması ilə əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.

Bu məsələnin mərkəzləşdirilmiş qaydada “Windows” yeniləmələri vasitəsi ilə həll edilməsi üçün “Microsoft” şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib.

Aşağıdakı linkə keçid etməklə həmin yeniləməni necə quraşdırmaq lazım olması haqda məlumatlarla tanış ola bilərsiz:

http://www.ictnews.az/read-41886-news-1.html

0
9