İtkin düşmüş təyyarənin yeni qalıqları tapıldı

İtkin düşmüş təyyarənin yeni qalıqları tapıldı

Cənubi Afrika Respublikası və Mavriki sahillərində “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin yeni qalıqları tapılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziya hökuməti bəyan edib.

Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Mozambik sahillərində tapılıb. Beləliklə, tapılan fraqmentlərin sayı 5-ə çatıb.

Hazırda “Fugro Discovery”, “Fugro Equator” və  “Dong Hai Jiu” 101 gəmiləri itkin düşmüş təyyarənin axtarışlarını davam etdirir.

Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən "Boeing-777" sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

0
17