Buffon "Yuventus"la müqavilə müddətini uzatdı

Buffon "Yuventus"la müqavilə müddətini uzatdı

İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon klubu ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, təcrübəli “çərçivə qoruyucusu” 2018-ci ilə kimi yeni anlaşmaya imza atıb.

Bu xəbəri şəxsi tvitter hesabından paylaşan qolkiper bu günü özü üçün “Xüsusi imza günü” olaraq dəyərləndirib. Belə ki, Buffona İngiltərə Premyer Liqasının yeni çempionu “Lester”in bütün futbolçularının və baş məşqçi Kaludio Ranyerinin imzaladağı forma hədiyyə edilib.

38 yaşlı qapıçı sosial şəbəkədən Ranyeriyə təşəkkürü ismarıcı yollayıb.

0
22