Sumu Çakrabarti yenidən AYİB sədri seçildi

Sumu Çakrabarti yenidən AYİB sədri seçildi

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Sumu Çakrabartinın səlahiyyətlərini ikinci müddətə uzadıb.

APA-nın məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.

S. Çakrabarti AYİB-nin rəhbəri vəzifəsinə 2012-ci ildə seçilib. Onun gəlişi ilə bank fəal şəkildə inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək verməyə başlayıb. 2015-ci ildə investisiyaların ümumi həcmi 9,4 milyard avro təşkil edib.

57 yaşlı Sumu Çakrabarti 1984-cü ildən etibarən Böyük Britaniyanın Maliyyə, Beynəlxalq inkişaf və Ədliyyə nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

0
15