Suriyada Rusiya ordusunun əsgəri öldürülüb

Suriyada Rusiya ordusunun əsgəri öldürülüb

Hadisə Homs vilayətində baş verib.

Suriyanın Homs vilayətində Rusiya hərbi qulluqçusu Anton Yerıqin öldürülüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hmeymin hərbi bazasındakı nümayəndəsi bildirib.

“Homs vilayətində yaraqlıların açdığı atəş nəticəsində müharibə aparan tərəflərin barışıq Mərkəzinin avtomobillərini müşahidə edən rusiyalı hərbi qulluqçu Anton Yerıqin ağır yaralanaraq hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

0
43