Azərbaycanda əhalinin bank əmanətləri azalıb

Azərbaycanda əhalinin bank əmanətləri azalıb

AMB fevral ayının yekunlarını açıqladı.

2015-ci ilin fevral ayının yekunlarına görə, Azərbaycan banklarında yerləşdirilmiş əmanətlərin məbləği 8 milyard 77,3 milyon manat olub. Bu da yanvar ayının yekunları ilə müqayisədə 566 milyon manat və ya 6,5% azdır. 

Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 987,8 milyon manat və ya 13,9% azalıb. 

Bundan başqa, əmanət qoyuluşu ilin əvvəlindən bəri 1 milyard 396,6 milyon manat və ya 14,7% azalıb.

Ülviyyə R. Əli
www.oxu.az

0
23