Azərbaycan əsilli müğənninin ölümündən bir neçə dəqiqə əvvəlki görüntüləri – FOTO + VİDEO

Azərbaycan əsilli müğənninin ölümündən bir neçə dəqiqə əvvəlki görüntüləri – FOTO + VİDEO

Musiqi həyatına “Garip yolcu”albomu ilə başlayıb.

Türkiyənin məşhur müğənnisi, Azərbaycan əsilli Azər Bülbülün ölümündən bir neçə dəqiqə əvvəlki görüntüləri ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, türk arabesk fantezi musiqisi ifaçısı və aktyoru ölümündən 2-3 saat əvvəl ürəyində ciddi şəkildə narahatlıq hiss etdiyini və müalicə almaq istədiyini söyləyib. Lakin qəfil infarkt nəticəsində həyatını itirib.

Bu gün Türkiyə mediasında müğənninin həmin an lentə alınan fotoları yayılmağa başlayıb.

Azer Bülbül Türkiyənin Qars şəhərinin Arpaçay rayonunda anadan olub, Almaniyada böyüyüb. Musiqi həyatına “Garip yolcu”albomu ilə başlayıb.

1996-ci ildə çıxardığı “Ben babayım” adlı albomu ilə populyarlıq qazanıb. Adıçəkilən albomda yer alan “Yaralandınmı ey can” və “Dokunmayın çok fenayım” adlı bəstələri dinləyicilər tərəfindən çox sevilib.

15 fevral 2001-ci ildə 10 ay həbs cəzası alıb və bu cəzasını pul ilə təzminat ödəməklə çəkib.

2012-ci ildə Antalyada qaldığı otellərdən birində infarkt nəticəsində 43 yaşında vəfat edib. Cənazəsi İstanbula gətirilərək Hadımköy Gülbahçe Qəbiristanlığında torpağa tapşırılıb.

0
34