ABŞ-ın ehtiyyatları barədə məlumatlardan sonra neft kəskin bahalaşdı

ABŞ-ın ehtiyyatları barədə məlumatlardan sonra neft kəskin bahalaşdı

Brent markalı neftin qiyməti 47 dolları keçib.

Dünya bazarlarında neftin qiyməti ABŞ-ın ehtiyyatlarının azalması barədə məlumatlardan sonra bahalaşmaqda davam edir; Brent markalı neft mayın 2-dən ilk dəfə olaraq bir barelə görə 47 dollarlıq həddi keçib.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

Saat 19:07-ə olan məlumata əsasən, Şimal dənizi neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barelə görə 2,66% artaraq 47,03 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,15% bahalaşaraq 45,62 dollar olub.

0
6