Səudiyyəli həkim arvadı düzgün döyməyin metodikasını izah etdi

Səudiyyəli həkim arvadı düzgün döyməyin metodikasını izah etdi

Çubuq və kəsici alətlərdən istifadə etmək olmaz.

Səudiyyə Ərəbistanında ailə həkimi və psixoloq Xaled əl-Sakabi arvadın düzgün döyülməsi üzrə videokurs yazıb istifadəyə buraxıb. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə mayın 11-də The Independent nəşri məlumat verir.

Həkimin fikrincə, arvadın döyülməsi çətin məsələdir, və bu yolda təcrübəsi olmayanları çoxlu təhlükələr gözləyir. 

Əl-Sakabi bildirib ki, kişinin həyat yoldaşını vurmasının əsas məqsədi ona düzgün davranmağı, özünü düzgün aparmağı öyrətməkdir. Psixoloqun sözlərinə görə, bu hirs və qəzəb olmadan edilməlidir və bu zaman “İslamın müddəalarını riayət etmək lazımdır”. Çubuq və kəsici alətlərdən istifadə etmək olmaz. 

“Təəssüf ki, əksər kişilər çubuqdan istifadə edirlər”, - həkim deyir. - Əsas məqsəd qadının ərinə qarşı necə səhv olduğunu başa salmaqdır. Əl-Sakabi iddia edir, bunun üçün cəzadan əvvəl qadına onun Allahın iradəsinə uyğun olaraq hüquq və öhdəliklərini xatırlatmaq lazımdır.

“Çox təəssüf ki, bu gün əksər qadınlar özlərini həyat yoldaşları ilə bərabər hiss etmək istəyirlər. Bu çox böyük problemdir”, - həkim hesab edir.

0
12