Xırdalan qəbiristanlığı acınacaqlı durumda – FOTO

Xırdalan qəbiristanlığı acınacaqlı durumda – FOTO

“Vətəndaşlar öz yaxınlarının məzarlarını gec-gec ziyarət edirlər”.

Abşeron rayonu Xırdalan şəhərində yerləşən qəbirstanlıq baxımsızlıqdan pis hala düşüb.

Oxu.Az xəbər verir ki, qəbiristanlığda qəbirlərin çoxsu baxımsız, otların altında qalıb. 

Nizamsız salınan məzarlar qəbiristanlıqda hərəkəti də mümkünsüz edib.

Bəzi qəbirlər elə hala düşüb ki, onun yerini müəyyən etmək mümkün deyil.    

Qəbiristanlığda çəkilən yol yağışın yağması nəticəsində yarasız hala düşüb.

Əraziyə baxanda elə təəssürat yaranır ki, qəbirstanlığı nə təmizləyən var, nə də nəzarət edən.

Məsələ ilə bağlı Xırdalan şəhərində yerləşən qəbirstanlığın nəzarətçisi Dilavər İslamov Oxu.Az-a bildirib ki, qəbirləri əsasən onların yaxınları təmizləyir.

“Bəzi hallarda elə olur ki, vətəndaşlar öz yaxınlarının məzarlarını gec-gec ziyarət edirlər və ya ümumiyyətlə ziyarət etmirlər, məzarlara baxmırlar. Belə bir halla rastlaşanda biz özümüz müəyyən abadlıq işləri görürük”.

O bildirib ki, yağışın yağması nəticəsində ərazidə ot sürətlə böyüyür, yollarda bəzi fəsadlar yaradır.

“Yağışın törədiyi fəsadları aradan qaldırması üçün müəyyən işlər görürük”.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev

0
25