SOCAR: OGPC layihəsi ilə bağlı investor axtarılır

SOCAR: OGPC layihəsi ilə bağlı investor axtarılır

“Aktiv işlər dayandırılıb”.

Təqribən 1 ildir ki, Neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) reallaşdırılması ilə bağlı aktiv işlər dayandırılıb.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov  “Caspian European Club”ın təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə bağlı aktiv işlər dedikdə, bura müəyyən proseduralar, böyük pulların xərclənməsi və s. daxildir.

Vitse-prezident xatırladıb ki, kompleksin reallaşdırılması üçün hazırda partnyor, investor axtarılır. 

0
14