İŞİD-dən daha birTERAKT: 80 ölü, 120 yaralı

İŞİD-dən daha birTERAKT: 80 ölü, 120 yaralı

İraqın paytaxtı Bağdadın şimal şərqində yerləşən şiə bölgəsi, Sədr səmtində bazarın yaxınlığında terror hadisəsi törədilib.

Lent.az-ın xarici KİV- ə istinadən məlumatına görə, bomba yüklü SUV markalı avtomobilin partladılması nəticəsində 80 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

Bildirilir ki, İŞİD terror təşkilatı terrorla bağlı məsuliyyəti üzərinə götürüb və hədəfin şiə əhali olduğu vurğulanıb.

Xəstəxanaya yerləşdirilən yararlılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Ölənlərin sayının artacağı gözlənilir.

Xatırladaq ki, İŞİD tərəfindən Bağdadda fevral ayında törədilən terror zamanı isə 70 nəfər ölmüşdü.

0
13