Azərbaycanlı keçmiş deputat azadlığa buraxıldı - 3 MİLYONLUQ GİROV

Azərbaycanlı keçmiş deputat azadlığa buraxıldı - 3 MİLYONLUQ GİROV

Rusiyanın Komi Respublikasının Uxta şəhər məhkəməsi azərbaycanlı iş adamı Akif Sayadovu həbsdən azad edib. Lent.az-ın “komiinform”a istinadən məlumatına görə, "Uxtanefteqazgeologiya" şirkətinin keçmiş prezidenti olan Sayadov vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə günahlandırılırdı.

Məlumata görə, Akif Sayadov 3 milyon rubl məbləgində girov qoymaqla azadlığa çıxıb.

Xatırladıq ki, Sayadov həm də Komi Dumasının keçmiş deputatıdır və hakim “Vahid Rusiya” partiyasının üzvüdür.

0
21